HRCaspian for ƏMAS genişlənməsi: məxfilik siyasəti
Son yenilənmə: 11 noyabr 2026
HRCaspian for ƏMAS HRCaspian HRIS istifadə edən şirkətlərin kadr və mühasibat işçiləri üçün brauzer genişlənməsidir (Chrome, Edge). Bu siyasət genişlənmənin hansı məlumatlarla işlədiyini, onları harada saxladığını və kimə göndərdiyini izah edir.
Genişlənmə nə edir
ƏMAS-da (eroom.e-social.gov.az) əmr və ya müqavilə ekranını açdığınız zaman şirkətinizin HRCaspian sistemində həmin ekran üçün hazırlanmış məlumatları göstərir. Sizin klikinizlə ƏMAS-dan ştat məlumatlarını, qüvvədə olan əmək müqavilələrini, məzuniyyət günlərini, işçinin köhnə (əvvəlki) əmək müqavilələrini, həmçinin sənədin ƏMAS-dakı vəziyyətini şirkətinizin HRCaspian sisteminə göndərir.
Harada və nə vaxt işləyir
Yalnız sizin brauzerinizdə, yalnız ƏMAS saytında (eroom.e-social.gov.az) və şirkətinizin HRCaspian ünvanında, yalnız siz klik etdikdə. Başqa saytlarda işləmir.
Nəyi saxlayır
Brauzerin genişlənmə yaddaşında yalnız şirkətinizin HRCaspian ünvanını və qoşulma açarını saxlayır. Şəxsi məlumat saxlamır. Genişlənməni sildikdə bunlar da silinir.
Nəyi və kimə göndərir
Yalnız sizin seçdiyiniz ƏMAS siyahılarını: qüvvədə olan əmək müqavilələri (FİN, ad, müqavilə nömrəsi, tarixlər, vəzifə), ştat məlumatları (ştat kodları, vəzifələr, müqavilə nömrələri), məzuniyyət günləri (işəgötürənin VÖEN-i, FİN, ad, müqavilə tarixi, əsas, əlavə və cəmi əmək məzuniyyəti günləri) və işçinin köhnə (əvvəlki) əmək müqavilələri (FİN, ad, işəgötürənlər, başlama və bitmə tarixləri), həmçinin sənədin ƏMAS-dakı vəziyyətini. Məlumatlar yalnız şirkətinizin öz HRCaspian ünvanına, şifrələnmiş bağlantı (HTTPS) ilə yalnız siz klik etdikdə və yalnız eyni işəgötürənin ƏMAS hesabından (şirkətinizin VÖEN-i ƏMAS səhifəsində olduqda) göndərilir. Başqa heç bir ünvana və üçüncü tərəfə heç nə göndərilmir.
Məlumatlar necə istifadə olunur
Göndərilən məlumatlar şirkətinizə məxsusdur: şirkət məlumatların mülkiyyətçisi, HRCaspian isə şirkətin göstərişi ilə onları emal edən operatordur. Qüvvədə olan əmək müqavilələri HRCaspian-da ƏMAS yoxlamasında kadr işçisinin təsdiqini gözləyir; kimin nəyi qəbul etdiyi dəyişiklik tarixçəsində qeyd olunur. Məzuniyyət günləri HRCaspian-dakı əmək məzuniyyəti hüququ ilə müqayisə edilir və yalnız kadr işçisinə göstərilir, heç vaxt tətbiq olunmur; başqa VÖEN-ə aid sətirlər nəzərə alınmır. Əvvəlki müqavilələr müqayisə edildikdən sonra yalnız hər işçinin əvvəlki əmək stajının cəmi saxlanılır, əvvəlki işəgötürənlərdəki tarixçə saxlanılmır; kadr işçisi bunu hər işçi üçün ayrıca təsdiqləyir. Məlumatlar satılmır, başqa məqsədlə, o cümlədən kredit qiymətləndirməsi və ya borc vermə üçün istifadə olunmur.
Genişlənmənin heç vaxt etmədikləri
ƏMAS-da heç nəyi özü yadda saxlamır, göndərmir və imzalamır. Reklam göstərmir, izləmə və analitika aparmır.
Əlaqə
Suallar üçün: info@hrcaspian.az