Onlayn təlim
HR təlimi: HR Start praktiki kursu
HR sahəsinə yeni başlayanlar və kadr mütəxəssisləri üçün real iş proseslərinə əsaslanan onlayn proqram. Kiçik qruplarla, praktiki tapşırıqlar və müəllimlə birbaşa ünsiyyət.
Onlayn · 8 dərs · 2 saat
HR Start
Tədris proqramı
Real kadr sənədləri və situasiyalar üzərində canlı onlayn dərslər. Dərslərin yazısı proqram müddətində sizdə qalır.
- Format
- Onlayn
- Proqram
- 8 dərs
- Hər dərs
- 2 saat
- Dil
- Azərbaycan dili
- Sertifikat
- Proqramın tamamlanması üzrə
- 01HR sahəsinə giriş və HR mütəxəssisinin əsas funksiyaları
- 02İşə qəbul və əmək münasibətlərinin rəsmiləşdirilməsi
- 03Əmək müqavilələri və kadr sənədləri
- 04Əmr və ərizələrin hazırlanması
- 05İş vaxtının uçotu və məzuniyyətlər
- 06Əmək münasibətlərinin dayandırılması və son haqq-hesab
- 07Kadr uçotu və HR cədvəllərinin hazırlanması
- 08Praktiki tapşırıqlar, real iş situasiyalarının təhlili və yekun qiymətləndirmə
Kimlər üçündür
Kadr işini praktikada öyrənmək istəyənlər üçün
HR sahəsinə yeni başlayanlar
HR-da karyeraya başlamaq və kadr işinin əsaslarını real sənədlər üzərində öyrənmək istəyirsiniz.
Kadr mütəxəssisləri
Artıq kadr işi aparırsınız və biliklərinizi Əmək Məcəlləsinə uyğun sistemləşdirmək istəyirsiniz.
Kadr işi də həvalə olunan əməkdaşlar
Mühasib, ofis meneceri və ya rəhbər köməkçisisiniz, kadr sənədləri də sizin üzərinizdədir.
Nəticə
İştirakçılar nə əldə edəcəklər?
- Təlim materialları və sənəd nümunələri
- Praktiki tapşırıqlar və real kadr situasiyalarının təhlili
- Müəllimlə sual-cavab imkanı
- Kadr proseslərini daha sistemli idarə etmək bacarığı
Şirkətlər üçün
Rəhbərlər üçün korporativ təlimlər
Rəhbərlər və əməkdaşlar üçün əmək münasibətləri, işə qəbul və effektiv komanda idarəçiliyi üzrə təlimlər. Komandanız üçün ayrıca təlim. Mövzular, dil və müddət əvvəlcədən razılaşdırılır.
Korporativ Təlimlər
- İşə qəbul müsahibələrinin aparılması
- Yeni əməkdaşların adaptasiyası
- Performansın qiymətləndirilməsi
- Əməkdaşlarla effektiv ünsiyyət və münaqişələrin idarə edilməsi
- Əmək qanunvericiliyinin rəhbərlər üçün əsasları
Müraciətdən nəticəyə — dörd addım
- 1
Müraciət
Formu doldurun və ya bizə yazın. Ehtiyacınızı qısa təsvir etməyiniz kifayətdir.
- 2
Onlayn görüş
Vəziyyəti birlikdə müzakirə edir, məqsədləri və iş həcmini dəqiqləşdiririk.
- 3
Təklif və plan
Konkret addımlar, müddət və qiymətlə yazılı təklif hazırlayırıq — gizli xərc olmadan.
- 4
Tətbiq və dəstək
Həlli sizinlə birlikdə həyata keçirir, nəticəni izləyir və sonrakı suallarınızı cavablandırırıq.
Korporativ sifarişlər üçün təlim rus dilində də mümkündür. Qiymət yazılı təkliflə, gizli xərc olmadan.
Suallar
HR təlimi haqqında suallar
Korporativ təlimi şirkətimiz üçün ayrıca təşkil edə bilərsinizmi?
Bəli. Rəhbərlər və əməkdaşlar üçün korporativ təlimlər şirkətin sifarişi ilə keçirilir. Mövzular, dil və müddət əvvəlcədən razılaşdırılır, qiymət yazılı təkliflə: gizli xərc olmadan.
Növbəti qrup nə vaxt başlayır?
Başlama tarixi və iştirak şərtlərini öyrənmək üçün qeydiyyat formasını doldurun. Bir iş günü ərzində cavab veririk.
Təlimlər canlı keçirilir, yoxsa video yazı formatındadır?
HR Start canlı onlayn dərslər formatındadır: hər dərs 2 saat, sual-cavab və praktiki tapşırıqlarla. Dərslərin yazısı iştirakçılara proqram müddətində təqdim olunur.
Təlimin sonunda sertifikat verilirmi?
Bəli. Sertifikat HRCaspian-ın müəllif proqramının tamamlanmasını təsdiq edir. Bu, dövlət nümunəli ixtisas sənədi deyil.
Təlimlər hansı dildə keçirilir?
Əsas dil Azərbaycan dilidir. Korporativ sifarişlər üçün rus dilində təlim mümkündür.
Ödəniş necə aparılır?
Şirkətlər üçün müqavilə əsasında bank köçürməsi ilə. Fərdi iştirakçılar üçün kart və ya köçürmə. Hissə-hissə ödəniş barədə qeydiyyat zamanı razılaşmaq olar.
Qeydiyyat
HR Start təliminə qeydiyyat
Növbəti qrupun başlama tarixi və iştirak şərtləri barədə məlumat almaq üçün müraciət formasını doldurun.