HR outsourcing · kadr uçotu xidməti
HR outsourcing: kadr işləriniz bizdə, qanuna uyğun və vaxtında
Əmək müqavilələri, əmrlər, ərizələr, məzuniyyət və tabel. Kadr uçotunu Əmək Məcəlləsinə uyğun aparırıq, siz isə əsas işinizlə məşğul olursunuz.
- Yazılı təklif, gizli xərc olmadan
- 10+ il praktiki HR təcrübəsi
- Bir iş günü ərzində cavab
Xidmətə daxildir
Şirkətlərin gündəlik kadr idarəçiliyi və HR sənədləşməsi proseslərinə dəstək.
- Kadr sənədləşməsinin aparılması
- İşə qəbul, vəzifə dəyişikliyi və işdən ayrılma sənədlərinin hazırlanması
- Məzuniyyət və iş vaxtı uçotunun təşkili
- Əməkdaşların kadr məlumatlarının sistemləşdirilməsi
- Rəhbərlərə mütəmadi HR dəstəyinin göstərilməsi
Kimlər üçündür
Kadr işini etibarlı əllərə vermək istəyən şirkətlər üçün
HR şöbəsi olmayan şirkətlər
Kadr işini direktor və ya mühasib əlavə iş kimi aparır. Bu işi biz götürürük, siz vaxtınızı əsas işə sərf edirsiniz.
Böyüyən komandalar
Hər ay yeni işçi, yeni müqavilə və əmr. Sənədlər vaxtında və eyni qaydada hazırlanır.
HR əməkdaşı işdən çıxıbsa
Qovluqlar yarımçıq qalıb, nəyin harada olduğu bilinmir. Əvvəlcə vəziyyəti yoxlayır, sonra işi fasiləsiz davam etdiririk.
Nələr daxildir
Gündəlik kadr işinin hamısı
Xidmətin dəqiq həcmi şirkətinizin ehtiyacına görə yazılı təklifdə göstərilir.
Kadr sənədləri
- Əmək müqavilələri və onlara əlavələr
- İşə qəbul, başqa işə keçirilmə və işdən azad etmə əmrləri
- İşçilərin ərizələrinin rəsmiləşdirilməsi
- Şəxsi işlərin və kadr məlumatlarının qaydasında saxlanılması
Məzuniyyət və iş vaxtı
- Məzuniyyətlərin növbəlilik cədvəli
- Məzuniyyət əmrləri və qalıq günlərin uçotu
- Hər ay iş vaxtının uçotu (tabel)
- Xəstəlik və digər yoxluqların qeydiyyatı
ƏMAS və müddətlər
- ƏMAS-a daxil ediləcək məlumatların hazırlanması
- Əmək müqaviləsi bildirişlərinin vaxtında verilməsinə nəzarət
- Sınaq müddəti, xəbərdarlıq və müqavilə bitmə tarixlərinin izlənməsi
Rəhbərə və mühasibə dəstək
- Kadr suallarına cavab və Əmək Məcəlləsi üzrə məsləhət
- Tabel və məzuniyyət məlumatlarının mühasibə vaxtında ötürülməsi
- Yoxlama zamanı lazım olan kadr sənədlərinin hazırlanması
Necə işləyirik
Başlanğıcda audit, sonra aylıq xidmət
Əvvəlcə mövcud kadr uçotunu qaydaya salırıq, sonra işi hər ay aparırıq.
- 1
Müraciət və görüş
Formu doldurun. Onlayn görüşdə işçi sayını və hazırkı kadr işini birlikdə müzakirə edirik.
- 2
Yazılı təklif
Xidmətin həcmi, müddətlər və aylıq qiymət yazılı təklifdə göstərilir: gizli xərc olmadan.
- 3
Kadr uçotunun auditi
Mövcud müqavilələri, əmrləri, məzuniyyət və tabel qeydlərini yoxlayır, çatışmazlıqları aradan qaldırırıq.
- 4
Aylıq xidmət
Hər ay kadr sənədlərini hazırlayır, müddətləri izləyir və suallarınıza cavab veririk.
Hər ay
Hər ay nə əldə edirsiniz
Sənədlər hazır, müddətlər nəzarətdə, qeydlər sizə açıq.
- Ay ərzində lazım olan əmək müqavilələri, əlavələr və əmrlər
- İşçilərin ərizələrinə görə rəsmiləşdirilmiş sənədlər
- İş vaxtının uçotu cədvəli (tabel)
- Məzuniyyət qalıqları və məzuniyyətlərin növbəlilik cədvəli
- Yaxınlaşan müddətlər barədə vaxtında xəbərdarlıq
- Rəhbər və mühasib üçün kadr suallarına cavab
- Bütün kadr qeydlərinizə proqramda baxmaq imkanı
Niyə HRCaspian
Təcrübə, qanun və öz proqramımız
10 ildən artıq təcrübə
Təsisçi Gülzar Azizova yerli və beynəlxalq şirkətlərdə HR funksiyasını sıfırdan qurub və idarə edib.
Əmək Məcəlləsinə uyğun
Hər sənəd və müddət Azərbaycan əmək qanunvericiliyinə görə hazırlanır. Məqsəd kadr risklərini azaltmaqdır.
Öz HR proqramımız
Kadr işinizi HRCaspian-ın öz kadr və əmək haqqı proqramında aparırıq. Qeydlərinizi istənilən vaxt özünüz görürsünüz.
Kadr proqramı haqqında
Suallar
HR outsourcing haqqında suallar
Mühasibimizlə işləyirsinizmi?
Bəli. Tabel, məzuniyyət, işə qəbul və işdən azad etmə barədə məlumatları mühasibinizə razılaşdırılmış qaydada və vaxtında ötürürük. Kimin nəyə cavabdeh olduğu təklifdə əvvəlcədən yazılır.
Sənədlər harada saxlanılır?
İmzalanmış əsl sənədlər işəgötürən kimi şirkətinizdə qalır. Kadr qeydləri HRCaspian-ın kadr proqramında şirkətinizə aid ayrıca hesabda saxlanılır və siz onlara istənilən vaxt baxa bilərsiniz.
Bir dəfəlik auditlə başlaya bilərikmi?
Bəli. Kadr uçotunun auditi ayrıca xidmət kimi sifariş oluna bilər: sənədləri yoxlayır, çatışmazlıqları və riskləri yazılı şəkildə göstəririk. Aylıq xidmətə keçib-keçməmək sonra sizin qərarınızdır.
Qiymət necə müəyyən olunur?
İşçi sayına və iş həcminə görə. Görüşdən sonra yazılı təklif göndəririk: nə daxildir, müddətlər və aylıq qiymət, gizli xərc olmadan.
HR audit nə qədər vaxt aparır?
Kiçik şirkət üçün (20–50 əməkdaş) sənədlərin alınmasından yekun təqdimata qədər adətən 2–3 həftə. Müddət əməkdaş sayından və sənədlərin həcmindən asılıdır və əvvəlcədən razılaşdırılır.
Müraciət
Kadr işlərinizi bizə həvalə edin
Şirkətiniz və işçi sayı barədə qısa yazın. Bir iş günü ərzində cavab verir, görüş təyin edirik.